Türkiyənin Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində kömür mədənində uçqun baş verib.


Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.






Bildirilib ki, hadisə nəticəsində mədəndəki 3 işçi dağıntılar altında qalıb.


Əraziyə xilasetmə qrupları, Təcili Tibbi Yardım və jandarma qüvvələri cəlb olunub.