Ermənistanda keşiş Baqrat Qalstanyanın həbs müddəti uzadılıb.


Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.








Məhkəmə prokurorun vəsatətini təmin edərək Baqrat Qalstanyanın həbs müddətini daha 2 ay uzadıb.


Arxiyepiskop Baqrat Qalstanyan və onun 17 tərəfdarı ötən ilin iyun ayında terror aktı hazırlamaq və silahlı yolla hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs olunublar.