Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. 
 




Moderator.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
 
Belə ki, yerli vaxtla saat 06:10-da qeydə alınan yeraltı təkanın ocağı 9,27 kilometr dərinlikdə yerləşib.
 
Qeyd olunur ki, zəlzələ ətraf ərazilərdə də hiss olunub. İlkin məlumatlara əsasən, hadisə nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb.