Əfqanıstanın Hindukuş dağlarında 5.5 bal gücündə zəlzələ olub.


Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Bildirilib ki, yeraltı təkanların episentri təxminən 108 min əhalisi olan Baqlan şəhərindən 111 km cənub-şərqdə, ocağı isə 87 km dərinlikdə yerləşib.


İtki və dağıntı barədə hələlik açıqlama verilməyib.