UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus"la "Qalatasaray"ın qarşılaşması öncəsi Turin şəhərindəki "Allianz" stadionunun ətrafında gərginlik yaşanıb.


Moderator.az xəbər verir ki, ilk oyunda qeydə alınan 5:2 hesabından sonra İtaliyadakı cavab matçı ərəfəsində bəzi insidentlər qeydə alınıb.






 



 


Məlumata görə, İtaliya təhlükəsizlik qüvvələri "Qalatasaray" azarkeşlərinin toplandığı ərazilərə sərt müdaxilə ediblər.


Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.