Fevralın 26-da "Qiyamət radiosu" kimi tanınan qısadalğalı UVB-76 radiostansiyası həmin gün ikinci dəfə yeni mesajla efirə çıxıb.


Moderator.az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən "UVB-76 logi" "Telegram" kanalı məlumat yayıb.






Bildirilib ki, Bakı vaxtı ilə saat 14:55-də növbəti yayım baş tutub.


Həmin gün daha əvvəl - Bakı vaxtı ilə saat 13:32-də stansiya "Mainostyazh" sözü ilə başqa bir mesaj ötürüb.