İranda olan 96 qazaxıstanlının heç biri raket zərbələri nəticəsində zərər çəkməyib.


Moderator.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.






"Mövcud məlumatlara görə, İran ərazisində Qazaxıstanın 96 vətəndaşı var. Onlardan 18-i diplomatik nümayəndəliklərin əməkdaşları, 2-si tələbədir, 70 nəfər isə "Zərxux" zavodunda əmək fəaliyyəti ilə məşğuldur. Qazaxıstanın altı vətəndaşı şəxsi məqsədlərlə İrandadır", - XİN-dən qeyd ediblər.


Nazirlik onlarla əlaqə saxlanıldığını bildirib.


"Hazırda Qazaxıstan vətəndaşları arasında zərər çəkənlərlə bağlı məlumat daxil olmayıb", - XİN-dən bəyan ediblər.