Netanyahu və Trampın İrana qarşı müharibəsi tamamilə səbəbsiz və qeyri-legitimdir.


Moderator.az axar.az-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X sosial hesabında yazıb.






"Bizim güclü silahlı qüvvələrimiz hazırdır. İran ordusu qarşı tərəfə layiq olduqları dərsi verəcək", - Arakçı qeyd edib.


Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.