Tehranda İranın ali lideri Əli Xameneinin xatirəsinə matəm tədbirləri keçiriləcək.


Moderator.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran paytaxtının hökumət orqanları məlumat yayıb.






*İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO


"Tehran sakinləri və əyalətin digər rayonlarının əhalisi bu axşam namazdan sonra inqilabın ali rəhbərinin şəhid olması münasibətilə kədərlərini ifadə etmək üçün müxtəlif rayonların əsas meydanlarına toplaşacaqlar", - deyə açıqlamada bildirilir.