Vətən müharibəsindən bəhs edən "44" bədii filminin premyerası oktyabrın 1-də baş tutacaq.
 




Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
 
O qeyd edib ki, Heydər Əliyev Mərkəzində olacaq premyeradan sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.
 
Anar Ələkbərov əlavə edib ki, premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində paylaşılacaq.