Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin Alyoşki şəhəri ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar oktyabrın 27-də saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq edəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov məlumat verib.
Bildirilib ki, insanların təhlükəsizliyini təmin etmək və sosial əhəmiyyətli yükləri çatdırmaq məqsədilə mühəndis kəşfiyyatı aparılacaq, həmçinin humanitar karvanın Xerson vilayətinin Alyoşki yaşayış məntəqəsinə təhlükəsiz hərəkəti təmin ediləcək.
Qeyd edək ki, cəbhə xəttində yerləşən şəhərin sakinləri təmiz su, ərzaq və dərman çatışmazlığı ilə üzləşiblər. Son məlumatlara görə, şəhərdə təxminən 2 000 nəfər yaşayır. Onların əksəriyyəti yaşlı insanlardır.