Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.


Moderator.az-ın məlumatına görə, günün ikinci oyununda "Zirə" "Sumqayıt"ı qəbul edib.






Qarşılaşma "qartallar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.


Bakı klubunun qollarını 8-ci dəqiqədə penaltidən Ruan Renato, 21-ci dəqiqədə Rikardo Martins, 83-cü dəqiqədə Davit Volkov vurublar.


"Gənclik şəhəri" təmsilçisində Nihad Əhmədzadə 39-cu, Keffel Resende 56-cı dəqiqədə fərqlənib.


Xallarının sayını 15-ə çatdıran "Zirə" dördüncü pilləyə yüksəlib. "Sumqayıt" 8 xalla səkkizinci sıradadır.


Günün ilk görüşündə "Qəbələ" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib -2:1.


Xatırladaq ki, tura oktyabrın 25-də yekun vurulacaq.