Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası uğurla davam edir. Cari il oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma, oktyabrın 21-də İtaliyanın Milan şəhərlərində keçirilən silsilə fotoekspozisiyalar böyük maraqla qarşılanıb.
Söz yox, faktlar əsasında gerçəkləşən ifşa!
“Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən həyata keçirilən “Minasız dünya” kampaniyasının ən mühüm xüsusiyyətlərindən biri Ermənistanın mina terrorunun konkret faktlar, inkaredilməz dəlillər əsasında ifşa edilməsidir. Layihədə Ermənistanın mina terrorundan zərər çəkən, sağlamlığını itirən vətəndaşlarımızın fotoları yer alıb ki, bu fotoların hər biri bir insanın faciəsindən, onun qəfil dəyişən, çətinləşən, bəzi hallarda tam bir ümidsizlik və çarəsizliklə nöqtələnən tale yolundan xəbər verir.
Avropada aparılan bu kampaniya Ermənistanın yalnız Azərbaycana deyil, ölkəmizin simasında bütün bəşəriyyətə qarşı amansız terror aktları həyata keçirdiyini sübut edir. “Minasız dünya” kampaniyası hər bir Avropa vətəndaşına aydın şəkildə izah edir ki, Ermənistanın mina terrorunun hədəfində bütün insanlıqdır və bu terrorun qarşısı nəyin bahasına olursa-olsun alınmalı, Ermənistan etdiyi bütün bu cinayətlərə görə cəzalanmalıdır.
Avropanı “şəhər-şəhər”, “ev-ev” dolaşan həqiqət!
“Minasız dünya” beynəlxalq kampaniyasının ən böyük üstünlüklərindən biri, bəlkə də birincisi onun Ermənistanın mina terrorunu “şəhər-şəhər”, “ev-ev” ifşa etməsidir. Kampaniya Avropanın bütün əsas şəhərlərinin izdihamlı məkanlarında aparılır ki, bu da daha çox insanın Ermənistanın mina terrorundan xəbərdar olmasını təmin edir.
Fotoekspozisiyaların silsilə şəklində, mütəmadi surətdə nümayişi onun effektivliyini artırır, Avropadakı müxtəlif ölkə və şəhərlərin baş verənlər haqqında demək olar ki, eyni zaman kəsimində xəbər tutmasına şərait yaradır. Hansı ki, Avropa ictimaiyyətinin Ermənistanın mina terroru haqqında dolğun məlumatlanması əsrlər uzunudur ki, məqsədli şəkildə formalaşdırılan “məzlum erməni” obrazının və erməni riyakarlığının ifşası baxımından həyati əhəmiyyət kəsb edir.
İnanırıq ki, “Minasız dünya” beynəlxalq kampaniyası Azərbaycan həqiqətlərinin dünyada təbliğinə, erməni faşizminin terrorçu xislətinin ifşasına böyük töhfə verəcək, bu prosesi mahiyyət etibarilə yeni bir mərhələyə yüksəldəcək.
Xatırladaq ki, “Gilavar Foto Klubu” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir. Avropada keçirilən silsilə fotoekspozisiyalar da məhz həmin qrant layihəsi çərçivəsində həyata keçirilir.
Seymur ƏLİYEV