"Bavariya" klubunun baş məşqçisi Vinsent Kompani xəstəxanaya yerləşdirilib.


Moderator.az "Sky Sport DE"yə istinadən xəbər verir ki, belçikalı mütəxəssis bu gün keçirilən məşq zamanı huşunu itirib. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.






Məlumata görə, Kompani bundan qısa müddət əvvəl virus infeksiyasına yoluxub və xəstəliklə mübarizə aparıb.


Mütəxəssis Bundesliqada "RB Leypsiq"lə 6:1 hesabı ilə başa çatan oyundan əvvəl özünü pis hiss etməyə başlayıb. O, matçdan sonra müsahibə də verməyib.


Kompani Çempionlar Liqasında "Arsenal"la qarşılaşmadan əvvəl keçirilən məşqlərdə də iştirak etməyib.