Budapeşt məhkəməsi iqtisadi cinayətlərdə şübhəli bilinən Macarıstan Milli Bankının keçmiş sədri Dyörgi Matolçi barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.


Moderator.az xəbər verir ki, o, dövlətə 1,3 milyon avrodan çox ziyan vurmaqda ittiham olunur.






Matolçi oktyabrın 21-də o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.


Matolçi 2010-2013-cü illərdə Viktor Orbanın hökumətində iqtisadiyyat naziri vəzifəsində çalışıb və daha sonra 2025-ci ilə qədər Macarıstan Milli Bankına rəhbərlik edib. Müstəntiqlərin sözlərinə görə, 2014-cü ildə onun rəhbərliyi altında Milli Bank Afina Pallada fondlarını yaradıb və onlara 266 milyard forintdən (728 milyon avro) çox vəsait ayırıb. Aktivlərin idarə edilməsi "Optima Befektetesi"yə həvalə edilib. 2019-cu ildə Afina Pallada fondları birləşərək PADME fondunu yaradıb.


Prokurorluq bildirib ki, 2025-ci ildə Matolçi "Central European" özəl kapital fondu ilə saxta qiymətli kağızlar krediti müqaviləsi bağlaylb. Bu əməliyyatın əsl məqsədi PADME fondunun aktivlərinə nəzarəti Matolçinin Milli Bankın rəhbəri vəzifəsinin bitməsindən sonra təsir göstərə biləcəyi bir qrup şəxsə ötürmək olub. Məqsəd ona və oğluna bu aktivlərlə edilən investisiyaları öz mənfəətləri üçün idarə etməyə imkan vermək idi.


Sentyabrın sonlarında Macarıstanda keçmiş mədəniyyət naziri Balaz Hanko və keçmiş milli inkişaf naziri Mikloş Sestak korrupsiya ittihamları ilə həbs ediliblər. Hanko Milli Mədəniyyət Fondunun vəsaitlərindən sui-istifadə etməkdə, Sestak isə Volan şirkəti üçün avtobusların dövlət tərəfindən satın alınması ilə bağlı korrupsiyada ittiham olunur.


12 aprel seçkilərində qalib gələn Magyarın Tisza partiyası korrupsiyaya qarşı mübarizə şüarı ilə kampaniya aparırdı. Hakimiyyətə gəldikdən sonra yeni hökumət "Təmizlımə" adlı antikorrupsiya əməliyyatı elan etdi və dövlət vəsaitlərinin sui-istifadəsi ilə bağlı bir sıra işlər üzrə araşdırmalara başladı.