Ukrayna Prezidenti Volodimir Zelenski sabah Böyük Britaniyaya səfər edəcək.


Moderator.az "Sky News"a istinadən xəbər verir ki, bunu krallığın müdafiə naziri Con Hili bildirib.






"Sabah Prezident Zelenskini ölkəmizdə qarşılamaqdan şad olacağıq", - o, parlamentdə deyib.


Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq tezliklə Zelenski ilə görüşəcəyini bildirmişdi.