Kuba Milli Elektroenergetika İttifaqının sosial şəbəkələrdə verdiyi məlumata görə, bütün Kuba elektrik enerjisiz qalıb.


Moderator.az bu barədə RBC-ya istinadən xəbər verir.






"Milli elektroenergetika sistemində elektrik enerjisinin tam kəsilməsi baş verib. Elektrik təchizatının bərpası üçün tədbirlər görülür", - deyə məlumatda bildirilir.


"Blekaut" (elektrik enerjisinin kütləvi kəsilməsi) ABŞ-nin adaya qarşı tətbiq etdiyi neft blokadası fonunda baş verib. Son aylarda ölkədə yanacaq tədarükündə və elektrik enerjisində mütəmadi olaraq fasilələr qeydə alınır.