Fransada amerikalı dizayner Kris Ayrenin dəyəri 1 milyon avrodan çox olan zərgərlik məmulatları oğurlanıb.


Moderator.az xəbər verir ki, bu barədə "France 3" məlumat yayıb.






Hadisə Villefranş-sur-Merdə (Kot-d'Azur kommunasında) baş verib. Cinayət dizaynerin icarəyə götürdüyü mənzildə törədilib.


Cinayətkarlar həmçinin dizaynerdən 6 000 avro nağd pul da oğurlayıblar.


Nitsa prokurorluğu faktla bağlı istintaq başladıb.