ABŞ-nin Venesuela üçün planı üç bənddən ibarətdir.


Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.






O bildirib ki, bu addımlar Venesuelanın xaosa doğru irəliləməsinin qarşısını almağa yönəlib.


Məlumata görə, ABŞ planına aşağıdakı bəndlər daxildir:


1. Ölkədəki vəziyyətin sabitləşməsi: ABŞ Venesuela neftini bazar qiymətləri ilə satmağa başlamağı planlaşdırır. Vaşinqton 30-50 milyon barel arasında yanacaq alacaq;


2. Bərpa: ABŞ və digər şirkətlərin Venesuela bazarına çıxışı, Venesuela müxalifət tərəfdarlarının azad edilməsi və əfvlər nəzərdə tutulur;


3. Hakimiyyətin ötürülməsi.


"Biz çox müsbət istiqamətdə irəlilədiyimizi hiss edirik", - deyə Marko Rubio jurnalistlərə bildirib.