Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sammiti bu ilin aprel ayında Lion şəhərində keçiriləcək.


Moderator.az-ın məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında fransız səfirləri ilə keçirilən müşavirədə bildirib.






"ÜST-nin təzyiq və təhdidlərə məruz qaldığı bir vaxtda onun gücləndirilməsi, həmçinin bütün ölkələrin hədəf fondlarının apreldə Lionda keçiriləcək sammitdə birləşdirilməsi effektiv çoxtərəfli əməkdaşlığın müdafiəsində əsas məqam olacaq", - o deyib.


Makron Fransanın beynəlxalq gündəliyində səhiyyə məsələlərinə xüsusi diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.


2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT sistemi çərçivəsində bir sıra təşkilatlardan, o cümlədən ÜST, YUNESKO, BMT İnsan Hüquqları Şurası və Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə BMT Yaxın Şərq Agentliyindən (BAPOR) çıxacağını və onların maliyyələşdirilməsini dayandıracağını elan etmişdi.