Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.


Moderator.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.






"Arsenal", "Bavariya", "Liverpul", "Tottenhem", "Barselona", "Çelsi", "Sportinq", "Mançester Siti" Liqa mərhələsini ilk 8 sırada bitirən komandalardır.


"Real Madrid", PSJ, "Nyukasl Yunayted", "Atletiko Madrid", "Atalanta", "Bayer Leverkuzen", "Qalatasaray", "Budyo Qlimt" isə pley-off mərhələsində qalib gələrək 1/8-ə yüksələn klublardır.


Potensial cütlər aşağıdakı kimidir:


"Arsenal" - "Atalanta"/"Bayer Leverkuzen"


"Bavariya" - "Bayer Leverkuzen"/"Atalanta"


"Liverpul" - "Qalatasaray"/"Atletiko Madrid"


"Tottenhem" - "Qalatasaray"/ "Atletiko Madrid"


"Barselona" - "Nyukasl Yunayted" / PSJ


"Çelsi" - PSJ / "Nyukasl Yunayted"


"Sportinq" - "Real Madrid" / "Budyo Qlimt"


"Mançester Siti" - "Real Madrid" / "Budyo Qlimt"


"Nyukasl Yunayted" - "Çelsi"/ "Barselona"


PSJ - "Barselona"/Çelsi"


"Atletiko Madrid" - "Liverpul"/ "Tottenhem"


"Qalatasaray" - "Liverpul"/"Tottenhem"


"Budyo Qlimt" - "Mançester Siti"/"Sportinq"


"Real Madrid" - "Mançester Siti"/Sportinq"


"Atalanta" - "Arsenal"/"Bavariya"


"Bayer Leverkuzen" - "Bavariya"/"Arsenal"


Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.