İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələri zamanı "Müqavimətə sədaqət" parlament fraksiyasının sədri Məhəmməd Raad öldürülüb.
 




Moderator.az xəbər verir ki , bu barədə "Əl-Hadath" telekanalı məlumat yayıb.
 
Məlumata görə, bu fraksiya "Hizbullah" hərəkatını təmsil edir.
 
Ümumilikdə, İsrailin hava hücumu nəticəsində Livanın cənubundakı silahlı qrupların əsas komandiri də daxil olmaqla ən azı 10 nəfər ölüb.