İranda məktəblər 21 mart tarixinə qədər distant təhsil formasına keçirilib.


Moderator.az-ın "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bu barədə İran Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib.






Bildirilib ki, məktəblərdə bütün əyani dərslər bu ilin sonuna qədər (İrandakı qaydalara görə il 20 martda başa çatır - red.) dayandırılıb.


Xatırladaq ki, daha əvvəl İranda qızlar məktəbinə hücum barədə məlumat verilmişdi. İran öz ərazisinə endirilən zərbələrə görə məsuliyyəti ABŞ-nin üzərinə qoyub.