ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ hava zərbələri nəticəsində İranın Hərbi Dəniz (HDQ) və Hərbi Hava Qüvvələrini (HHQ), eləcə də radiolokasiya sistemlərini məhv edib.


Moderator.az xəbər verir ki, o bu barədə Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşündə bildirib.






"Onların donanması, Hərbi Hava Qüvvələri, hava aşkarlama vasitələri, radarları, demək olar ki, heç nələri yoxdur, hamısı məhv edilib", - Tramp deyib.