Qətər hökuməti ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.


Moderator.az-ın xəbərinə görə, bu barədə İranın "IRIB News" agentliyi öz "Telegram" kanalında paylaşım edib.






"Biz fövqəladə vəziyyət elan etdik və qaz hasilatını dayandırırıq" - deyə, hökumətin açıqlamasında bildirilib.


Daha əvvəl Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari bildirmişdi ki, İranın ABŞ-ni hərbi əməliyyatlara son qoymağa və Tehranla danışıqlara qayıtmağa məcbur etmək ümidi ilə Körfəz ölkələrinə təzyiq göstərmək cəhdləri uğursuz olacaq.