Bəzi ABŞ siyasətçiləri öz ölkələrindən daha çox Ukraynaya diqqət yetirirlər, çünki Amerikanın Kiyevə verdiyi yardımın bir hissəsi ABŞ-yə qaytarılır və siyasi kampaniyaların maliyyələşdirilməsi üçün istifadə olunur.


Moderator.az xəbər verir ki, bunu milyarder İlon Mask bildirib.






Onun sözlərinə görə, Amerika vergi ödəyicilərinin pullarının bir hissəsi siyasi kampaniyaları maliyyələşdirmək üçün çoxsaylı çirkli pulların yuyulması sxemləri vasitəsilə geri qaytarılır. Buna görə də bəzi siyasətçilər Amerikadan daha çox Ukrayna ilə maraqlanırlar.