Bu barədə Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Son üç gündə qar fırtınası və leysan nəticəsində itkilər, eləcə də dəyən ziyan barədə ilkin məlumatlar: 61 ölü, 110 yaralı. 458 ev qismən və ya tamamilə dağılıb", - açıqlamada deyilir.
İtkilər əsasən ölkənin mərkəzi və şimal əyalətlərində qeydə alınıb.