Moderator.az xarici mediaya istinadla xəbər verir ki, videolar "Diario AS" qəzeti tərəfindən "YouTube"-da paylaşılıb.
Görüntülərdə ABŞ prezidentinin iştirakçıların çıxışları zamanı gözlərini yumduğu və reaksiya vermədiyi görünür ki, bu da onun yatdığını göstərir.
Xatırladılır ki, Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"nın ilk iclası Vaşinqtonda onun sədrliyi ilə keçirilib. İclas zamanı ABŞ prezidenti Qəzza zolağına 7 milyard dollar yardım ayırmaq planlarını açıqlayıb. Maliyyə yardımı Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla doqquz ölkə tərəfindən təmin ediləcək. Paralel olaraq, ABŞ-ın komandanlığı altında Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradıldığı elan edilib.