"İmişli" klubu heyətinə yeni futbolçu cəlb edib.
 




Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.
 
O.Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.
 
Qeyd edək ki, futbolçunun son klubları "Baku Sportinq" və "Şahdağ" olub.