Ukrayna Baş Qərargahı Rusiya hərbi zavodunun 5 "Flaminqo" raketi ilə vurulmasını təsdiqlədi...
21 Feb 2026, 18:30 19 baxış 1 dəq oxuma
21 fevral gecəsi Ukrayna Raket Qoşunları və Artilleriya bölmələri Rusiyanın Udmurt Respublikasının Votkinsk şəhərindəki Votkinsk Zavod hərbi-sənaye kompleksinə FP-5 Flamingo qanadlı raketlərindən istifadə edərək zərbə endirib.
Moderator.az-ın bu gün səhər saatlarında yaydığı bu xəbəri, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"-da təsdiqləyib.
"21 fevral gecəsi Ukrayna Raket Qoşunları və Artilleriya bölmələri "FP-5 Flamingo" qanadlı raketlərindən istifadə edərək zərbə endirib. Votkinskdəki (Udmurt Respublikası, Rusiya) Votkinsk zavod hərbi-sənaye kompleksinə zərbə endirilib. Obyektdə yanğın aşkar edilib. Nəticələr dəqiqləşdirilir", - deyə açıqlamada bildirilir.