İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 52-yə, yaralananların sayı isə 154-ə çatıb.


Moderator.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.








Məlumata görə İsrail 221 hücum həyata keçirib və nəticədə 28,586 nəfər doğma yurd-yuvasından didərgin düşüb.


Hazırda 186 mərkəzin müvəqqəti sığınacaq kimi xidmət etdiyi bildirilir.