Əbu-Dabinin cənub-qərbindəki Musaffa sənaye rayonunda yanacaq terminalına pilotsuz uçuş aparatı (PUA) zərbə endirib.


Moderator.az xəbər verir ki, bu barədə BƏƏ hökuməti "X" platformasında məlumat yayıb.






"Əbu-Dabi hakimiyyəti bu gün Musaffada yanacaq terminalının PUA ilə hədəf alınması nəticəsində baş vermiş yanğına müdaxilə edib. Vəziyyət operativ şəkildə lokallaşdırılıb", - deyə məlumatda bildirilir.


Qeyd edilir ki, xəsarət alan yoxdur, hadisə müəssisələrin işinə təsir göstərməyib.