İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələri Baş Qərargahının xüsusi müfəttişi Əbülqasim Babayanın öldürüldüyünü təsdiqləyib.


Moderator.az xəbər verir ki, açıqlama "Fars" xəbər agentliyi tərəfindən yayılıb.






Bəyanatda deyilir: "General Əbülqasim Babayan İsrail və ABŞ-ın zərbələri nəticəsində həlak olub. Ailəsinə və yoldaşlarına başsağlığı veririk".


Onun dəqiq ölüm tarixi açıqlanmır.


Babayan daha öncə İranın ali dini liderinin Hərbi Dəftərxanasının rəhbəri vəzifəsində çalışıb.