ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO
21 Mar 2026, 15:40 4 baxış 1 dəq oxuma
Azərbaycanın ABŞ-dəki Səfirliyi tərəfindən Nyu York və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib.
Moderator.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Məlumata görə, 30-dan çox şəxs ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat hərəkətləri ilə bağlı müraciət edib.