İran İslam Respublikasının Azərbaycan türklərinin kompakt yaşadığı Güney Azərbaycan ərazisinə -Urmiyaya  növbəti avia-zərbələr endirilib.


Moderator.az xəbər verir ki, bu haqda "Tasnim" agentliyi məlumat yayıb.






Urmiyada yaşayış məntəqəsinə hava hücumu. Xilasedicilərin zərər çəkmiş həmvətənlərinə yardım etmməyə səy göstərirlər.


Ölən və yaralananlar, həmçinin avia-zərbələrin İsrail, yoxsa ABŞ hərbi qüvvələri tərəfindən edildiyi haqda məlumat verilməyib.


Moderator.az-ın araşdırmasından bəlli olub ki, İsrail mediası da məlumatı təsdiqləyib və əlavə olaraq Təbrizə də zərbələr endirildiyi bildirilib.


"İranın şimal-qərbindəki Təbriz və Urmiyadakı hədəflərə endirilən zərbələr barədə məlumatlar daxil olub. Urmiyada bir bina dağıdılıb və dağıntılar təmizlənir", -məlumatda belə deyilir.



Lakin ABŞ-ın "CENTCOM" komandanlığı və İsrail Müdafiə Qüvvələri hələlik hadisə haqda şərh verməyib.


S.Laçın