Xətaidə fərdi yaşayış evi çökdü: "Bir ildən çoxdur ki, çirkab su evlərin zirzəmisinə axır" - VİDEO
23 Mar 2026, 12:04 4 baxış 1 dəq oxuma
Xətai rayonunda yerləşən fərdi yaşayış evinin bir otağı çöküb.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Zeytun küçəsi, 134 ünvanında qeydə alınıb.
Sakinlərin sözlərinə görə, bir il üç aydır ki, kanalizasiya kollektorunda yaranan problem aradan qaldırılmır:
"Kanalizasiyadan çirkab su evlərin zirzəmilərinə, küçələrə dolur. Bütün evlər su altındadır. Bu xətlər alternativ xətlə dəyişilmədiyi üçün ərazidə yaşamaq müşkülə çevrilib".
Məsələ ilə bağlı aidiyyəti quruma informasiya sorğusu ünvanlanıb.