Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17-si azyaşlı olmaqla 166 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.